Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "A" sinifli yeni ofisin tikintisi üzrə Belçikanın "N.V. Besix S.A." şirkəti ilə müqavilə bağlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Fondun məlumatında deyilir.
"84,916 milyon avro dəyərində olan müqavilə ötən il dekabrın 20-də Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanıb", - məlumatda bildirilir.
"N.V. Besix S.A." 1909-cu ildə Belçikada yaradılıb və BESIX Group-un törəmə şirkətidir.
BESIX Group Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələri həyata keçirib və hazırda 3 qitədə, 15 ölkədə 17000 işçi heyəti ilə fəaliyyət göstərir.