...

Bakıda istehlakçıların aldadılması halının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 11:35 (UTC +04:00)
Bakıda istehlakçıların aldadılması halının qarşısı alınıb.
Bakıda istehlakçıların aldadılması halının qarşısı alınıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Bakıda istehlakçıların aldadılması halının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, ev 3, mənzil 2 ünvanında Ahmet Kutalmış Koçoğlu Fevziyə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada endirimlə bağlı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Belə ki, mağaza tərəfindən endirim tətbiq olunan mallar barəsində dəqiq məlumatlar (malın adı, növü, qrupu və s.) verilməməklə, qeyri-dəqiq reklamdan istifadə edildiyi aşkar olunub. Bundan başqa, satışda olan malların qiymət kağızlarında endirimdən əvvəl və sonrakı qiymətlər göstərilməyib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti