...

Azərbaycanın sığorta şirkəti 2012-ci ildə riteyli inkişaf etdirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Əmrah Sığorta" şirkəti 2012-ci ildə özünün ənənəvi sığorta növünü inkişaf etdirməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə şirkətin idarə heyətinin sədri Emil Ağasiyev bildirib.

"Bizim ənənəvi növlərimiz avtomobillərin sığortası, əmlak sığortasının başqa növləri, xaricə gedən vətəndaşalrın sığortasıdır", - Ağasıyev deyib.

Onun sözlərinə görə, 2012-ci ildə şirkət indiyədək məşğul olmadığı icbari sığorta növləri üzərində də işləyəcək. "Əmrah Sığora" artıq İcbari Sığorta Bürosuna daxil olmaqla bağlı müraciət edib.

İcbari Sığorta Bürosu ölkədə qəbul edilmiş "Sığortanın icbari növləri haqqında" yeni qanunun tələblərinə uyğun olaraq yaradılıb. Qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir. "İcbari sığortalar haqqında" qanunun tətbiqinə 2011-ci il dekabrın 16-dan başlanılıb.

"Əmrah Sığorta" şirkəti sərnişinlərin icbari sığortasından başqa, bütün növlər üçün icazə almaq fikrindədir.

"İcbari sığortanın tətbiqi ilə əlaqədar müştəri bazamızda riteylin payının artacağı da gözlənilir. İndi korporativ müştərilərlə fiziki şəxslərin sayı təxminən eynidir", - Ağasiyev deyib.

İki fiziki şəxs tərəfindən təsis olunan "Əmrah Sığorta" şirkəti 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

Yanvarın 18-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti