...

"TuranBank" islam maliyyələşdirməsi alətləri xəttini genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2012 12:38 (UTC +04:00)
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD - İslam İnkişaf Bankı qrupuna daxildir) ilk dəfə olaraq Azərbaycan bankı "TuranBank"a islam maliyyələşdirməsi alətlərindən birini - "İcarə"ni (lizinq) təqdim edib.
"TuranBank" islam maliyyələşdirməsi alətləri xəttini genişləndirib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir N.İsmayılova/

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD - İslam İnkişaf Bankı qrupuna daxildir) ilk dəfə olaraq Azərbaycan bankı "TuranBank"a islam maliyyələşdirməsi alətlərindən birini - "İcarə"ni (lizinq) təqdim edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü bankın məlumatında deyilir.

"Bu alətin tətbiqi korporasiya ilə 2008-ci ildən başlayan davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilir. ICD ilə razılığa əsasən, bu alət nəqliyyat sektorunun inkişafındakı fəaliyyətə yönəldilib. Alətin şərtlərinə əsasən, layihələrin maliyyələşdirilməsi 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə verilib", - məlumatda bildirilir.

ICD ilə ikinci "Vakala" sazişinə əsasən, bank agent olaraq "Mubaraha" alətini də istifadə etməlidir.

Hazırda "TuranBank" islam maliyyələşdirməsi istiqamətində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı qrupu) ilə fəal əməkdaşlıq edir.

Bu institutlarla əməkdaşlıq çərçivəsində "TuranBank" islam bank məhsulları olan "Murabaha (təkrar satış), iki mərhələli "Murabaha" və "İcarə"ni təqdim edir.

"TuranBank" 1992-ci ildə yaradılıb. Bankın 25 səhmdarı var, onlardan beşi hüquqi şəxs (21,8 faiz), 20-si isə fiziki şəxsdir (78,2 faiz).

Xəbər lenti

Xəbər lenti