...

Azərbaycanın sənaye-tikinti investisiya korporasiyası kapitalını 3,5 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 12:23 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsi (QKDK) sənaye-tikinti investisiya korporasiyası "Akkord" ASC-nin 84 milyon manat həcmində sadə sənədsiz adlı səhmlərinin buraxılışını qeydə alıb.
Azərbaycanın sənaye-tikinti investisiya korporasiyası kapitalını 3,5 dəfə artırır

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir N.İsmayılova /

Azərbaycan Qiymətli Kağzılar üzrə Dövlət Komitəsi (QKDK) sənaye-tikinti investisiya korporasiyası "Akkord" ASC-nin 84 milyon manat həcmində sadə sənədsiz adlı səhmlərinin buraxılışını qeydə alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nın məlumatında deyilir.

Yerləşdirmə hər birinin nominal dəyəri 5 manat olan 4 800 102 səhmin 17,5 manat nominallı eyni sayda səhmə çevrilməsi yolu ilə keçiriləcək. Nəticədə şirkətin nizamnamə kapitalı 3,5 dəfə artırılacaq.

"Akkord" sənaye-tikinti investisiya korporasiyası özünün beynəlxalq layihələrdə iştirakını və dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığını genişləndirir.

Hazırda "Akkord" Korporasiyası təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələrini həyata keçirir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin həyata keçirdiyi 19 infrastruktur layihəsindən 9-u Azərbaycandadır. Azərbaycandakı layihələrin ümumi məbləği 380,5 milyon manat təşkil edir. Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Əfqanıstanda həyata keçirilən 10 layihənin ümumi məbləği 659,5 milyon manat təşkil edir. Bütün infrastruktur layihələri üzrə müqavilələrin ümumi dəyəri 1,04 milyard manat (ƏDV-siz) təşkil edir.

Korporasiyanın bütün layihələri üzrə işlərə 5000-ə yaxın işçi cəlb edilib. Bundan başqa, "Akkord" Korporasiyası 38 zavod və 3000-dən yuxarı maşın və mexanizmə malikdir.

Yanvarın 26-na rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti