...

Müraciətlərə operativ baxılması üçün "Azərsu"da Müştəri xidmətləri şöbəsi yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 18:00 (UTC +04:00)
Müraciətlərə operativ baxılması üçün "Azərsu"da Müştəri xidmətləri şöbəsi yaradılıb.
Müraciətlərə operativ baxılması üçün "Azərsu"da Müştəri xidmətləri şöbəsi yaradılıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

İçməli su və kanalizasiya xidmətlərindən istifadə edən istehlakçıların müraciətlərinə operativ baxılması və həlli məqsədilə "Azərsu" Acıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin 11 rayon Departamentində Müştəri xidmətləri şöbəsi yaradılıb.

ASC-dən cümə axşamı Trend-ə verilən məlumata görə, yeni yaradılan şöbə həm əhali, həm də qeyri-əhali abunəçiləri ilə müqavilələrin bağlanması, onlardan daxil olan ərizə, şikayət və təkliflərin araşdırılması, yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması ilə məşğul olacaq.

Abunəçilərdən daxil olmuş müraciətlərin hər biri Müştəri xidmətləri şöbəsində qeydiyyata alınacaq və araşdırmaların nəticələri barədə onlara məlumat veriləcək. Rayon Sukanal Departamentlərində Müştəri xidmətləri şöbəsinin yaradılması istehlakçılarla münasibətləri tənzimləməklə yanaşı, mübahisələrin yerli səviyyədə operativ həllinə imkan verəcək.

Müştəri xidmətləri şöbələrinin əlaqə telefonları:

Sabunçu - 429-62-96
Suraxanı - 477-90-47
Xəzər - 454-08-13
Nizami - 511-74-63
Nəsimi - 530-26-67
Səbail - 492-07-34
Yasamal - 432-01-34
Xətai - 379-20-86
Nərimanov - 562-64-88
Binəqədi - 555-13-65
Qaradağ - 445-07-27

Xəbər lenti

Xəbər lenti