...

2012-ci ildə Azərbaycanda əlillər üçün təxminən min mənzil tikiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 17:25 (UTC +04:00)
2012-ci ildə Azərbaycanda əlillər üçün təxminən min mənzil tikiləcək.
2012-ci ildə Azərbaycanda əlillər üçün təxminən min mənzil tikiləcək

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir A.Axundov/

2012-ci ildə Azərbaycanda əlillər üçün təxminən min mənzil tikiləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyilir.

"Hazırda təxminən 5000 əlilə və şəhid ailəsinə dövlət hesabına mənzil verilib. Bundan başqa, təxminən 3250 əlil avtomobillə, 7500-dən çox şəxs isə əlil arabası ilə təmin edilib", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, son illər ölkədə praktiki olaraq əlilliyin artımı dayandırılıb, əlillərin reabilitasiya göstəricisi isə 6 faizə qədər artıb.

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu gün dünya əhalisi arasında əlillərin payı 10 faiz, Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB-də ən aşağı göstəricidir", - Ələkbərov deyib.

Xəbər lenti

Xəbər lenti