...

"DəmirBank" Gənclər Günü münasibətilə "Pulsuz plastik kart" kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 20:06 (UTC +04:00)
"DəmirBank" 2 fevral - Gənclər Günü münasibəti ilə "Gənclərə pulsuz plastik kart" kampaniyası təqdim edib.
"DəmirBank" Gənclər Günü münasibətilə "Pulsuz plastik kart" kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 2 fevral /Trend/

"DəmirBank" 2 fevral - Gənclər Günü münasibəti ilə "Gənclərə pulsuz plastik kart" kampaniyası təqdim edib.

Trend-in cümə axşamı bankın saytına istinadən yaydığı məlumata görə, kampaniya çərçivəsində 18-35 yaş arasında olan şəxslər bu ilin fevral ayı ərzində DəmirBank-dan "VISA Classic" və "MasterCard Standard" plastik kartlarını illik xidmət haqqı olmadan pulsuz əldə edə bilərlər, eləcə də müştəri istəyindən asılı olaraq fərdi dizaynla pulsuz kart sifariş edə bilər.

Kampaniya çərçivəsində pulsuz kart əldə etmək üçün kart hesabına cəmi 50 manat (və ya digər valyutalarda ekvivalent məbləğdə) mədaxil edilməlidir və bu məbləği kart sahibi istədiyi vaxt istifadə edə bilər.

"DəmirBank əlamətdar günlərdə müştərilərə müxtəlif kampaniya və aksiyalar təqdim edir. Bu kampaniya gənclər üçün plastik kartların daha rahat əldə olunması və daha geniş istifadəsi məqsədinə xidmət edir. Fürsətdən istifadə edərək, bankın adından bütün gəncləri təbrik edirik və onlara yeni uğurlar arzu edirik", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - "5 manata kart", "Pulsuz kart", "Xaricdə Təhsil Alanlara Pulsuz Kart" və s. "DəmirBank" Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

"DəmirBank" kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində ödənişlər (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr), kart sahiblərinə endirimlər və sair imkanlar təqdim edir. DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla bankın saytında "Kart sahiblərinə endirimlər" səhifəsində (http://www.demirbank.az/?/az/content/267/) tanış olmaq olar.

Plastik kartı bankın filiallarında, həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti