...

Azərbaycan qanunvericiliyi pensiyaçıları layiqli yaşayışla təmin etməyə imkan verir - Overture Financial

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 13:25 (UTC +04:00)
Azərbaycan özünün pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modelini hazırlayıb. Bu barədə cümə günü "Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktuar tədqiqatların nəticələri" mövzusunda keçirilən təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Azərbaycan qanunvericiliyi pensiyaçıları layiqli yaşayışla təmin etməyə imkan verir - Overture Financial

Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycan özünün pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modelini hazırlayıb. Bu barədə cümə günü "Azərbaycanın sığorta-pensiya sistemi 2020: gələcəyə baxış, aktuar tədqiqatların nəticələri" mövzusunda keçirilən təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Proqnozlar ABŞ-ın Overture Financial Ltd şirkəti tərəfindən hazırlanıb.

Şirkətin prezidenti Məhəmməd Bakinin sözlərinə görə, pensiya-sığorta sisteminin əsas məqsədi pensiyaçıların yaşayışının ən azı onların pensiyaya çıxdıqları vaxta qədər olan səviyyədə layiqli təmin olunmasıdır.

"Bunun üçün pensiyaların pensiyaçıların aldıqları əməkhaqqının 60-80 faizi səviyyəsində olması lazımdır", - Baki deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda olan qanunvericilik bazası buna nail olmağa imkan verir.

"Lakin bu sistemin universallığı baxımından bütün əhalini lazımi şəkildə əhatə etməyə imkan verməyən qeyri-formal məşğulluq problemi mövcuddur", - Baki deyib.

Tədbirdə pensiya sisteminin inkişafının əsas istiqamətləri, mövcud risklər və onların qarşısının alınması yolları müzakirə olunub.

Pensiya-sığorta sisteminin uzunmüddətli inkişaf modeli yaxın 40 il üçün nəzərdə tutulacaq. Təqdimat zamanı fondun 2025-ci ilədək hazırkı makroiqtisadi və demoqrafik göstəricilərin saxlanacağı şəraitdə əldə edəcəyi göstəricilərin proqnozları, eləcə də pensiya-sığorta sisteminin hazırkı parametrləri açıqlanıb. 2050-ci ilədək uzunmüddətli strategiyanın hazırlanması üzrə işlərə təqdimatdan sonra başlanacaq.

Dəyəri 1,1 milyon dollar olan və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin (USTDA) maliyyələşdirdiyi layihə çərçivəsində Overture Financial Ltd artıq belə modelin ilkin variantını təqdim edib.

DB və Azərbaycan arasında sosial mühitin inkişafı layihəsi üzrə kredit sazişinin imzalanması 2008-ci ilin noyabrında baş tutub. Layihənin dəyəri 54,6 milyon dollar təşkil edir. Layihənin maliyyələşdirilməsi üçün DB 26,7 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti