...

AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi ilə bağli iri ödənişini gerçəkləşdirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2012 10:54 (UTC +04:00)
Azərbaycanın AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib.
AXA MBASK yeni avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi ilə bağli iri ödənişini gerçəkləşdirib (FOTO)

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycanın AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sözügedən sığorta növünə aid ödəmə yanvarın 26-da Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 4 940 manat məbləğində sığorta ödəməsi zədələnmiş "Mercedes Benz 230" markalı avtomobilin sahibinə təqdim olunub.

Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 10 min manata yaxın sığorta haqqı ödəyib.

İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on-line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Fevralın 14-nə rəsmi məzənnə 0,7861 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti