...

2011-ci ildə Azərbaycanda 16 ton keyfiyyətsiz ət məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 14:10 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda "Baytarlıq haqqında" qanunun müddəalarının pozulması ilə əlaqədar 293 şəxs barəsində 6 522,5 manat məbləğində cərimə sanksiyası tətbiq edilib.
2011-ci ildə Azərbaycanda 16 ton keyfiyyətsiz ət məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir A.Axundov /

2011-ci ildə Azərbaycanda "Baytarlıq haqqında" qanunun müddəalarının pozulması ilə əlaqədar 293 şəxs barəsində 6 522,5 manat məbləğində cərimə sanksiyası tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri Sialə Rüstəmovanın cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, 2011-ci ildə ölkənin bazarlarında baytar-sanitar ekspertizası üzrə laboratoriyalarda yoxlamalar zamanı istifadəyə yarasız 9 709,5 kiloqram dana əti, 1 260 kiloqram qoyun əti, 425 kiloqram balıq, 1 792 kiloqram süd və süd məhsulları, 265 kiloqram quş əti, 2 441 ədəd yumurta və 48 kiloqram bal satışdan çıxarılaraq məhv edilib.

Xəbər lenti

Xəbər lenti