...

Azərbaycan BMK üçün mühüm ölkə olaraq qalır - regional menecer

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 14:31 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) üçün mühüm ölkə olaraq qalır.
Azərbaycan BMK üçün mühüm ölkə olaraq qalır - regional menecer

Azərbaycan, Bakı, 16 fevral /Trend müxbir N. İsmayılova/

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) üçün mühüm ölkə olaraq qalır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə BMK-nın Avropa və Mərkəzi Asiyada məsləhət xidmətləri üzrə regional meneceri Casper Kyaer bildirib.

"Ölkənin orta səviyyədə gəliri olan ölkələrin reytinqinə keçməsi amili bizim marağımızı azaltmadı. Biz hələ ölkədə fəaliyyətimizi daha da aktivləşdirəcəyik" , - Kyaer qeyd edib.

Onun sözlərinə görə, korporasiya xarici investisiyanın Azərbaycana cəlb olunması və iqtisadiyyatın diversifikasiyasında, o cümlədən qeyri-neft sahəsinin inkişafı və maliyyə sektoru ilə əməkdaşlıqda maraqlıdır.

"Biz, həmçinin ölkədə biznes mühitinin yaxşılaşdırılması üzrə işləri davam etdiririk və xarici investisiyaların artımına ümid edirik ki, bu da daxili investisiyaların artmasına da səbəb olacaq", - regional menecer deyib.

Onun sözlərinə görə, hazırda BMK yerli şirkətlərlə danışıqları davam etdirir.

"Bizim hökumətlə yaxşı dialoqumuz qurulub. Ümumilkdə BMK əməkdaşlığın ümumi səviyyəsindən gedir və sektor əməkdaşlığına keçir ki, bu da hökumətin maraqlarından asılı olacaq", - Kyaer vurğulayıb.

Xəbər lenti

Xəbər lenti