...

Azərbaycanda üzümçülük məhsullarının ixracı imkanları müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 11:20 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində ölkədə üzümçülük və şərabçılığın inkişafı perspektivləri müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanda üzümçülük məhsullarının ixracı imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində ölkədə üzümçülük və şərabçılığın inkişafı perspektivləri müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Üzümçülük və şərabçılıq sahəsində fəaliyyət göstərən əsas istehsal müəssisələrinin rəhbərlərinin və bu sahənin mütəxəssislərinin iştirak etdiyi görüşdə Azərbaycan Prezidentinin "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" çərçivəsində hazırlanmış tədbirlər planı müzakirə edilib.

Görüşdə güzəştli kreditlərin verilməsi, bu sahədə brendlərin yaradılmasının zəruriliyi və ixracın hərtərəfli dəstəklənməsi tədbirləri sahibkarların diqqətinə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti