...

Azərbaycan və Qazaxıstan mühüm ticari-iqtisadi tərəfdaşlardır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 15:40 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişafının yüksək tempi müxtəlif ölkələrlə ticari-iqtisadi əlaqələrin davamlı inkişafını təmin etməyə imkan verir və Qazaxıstanla əməkdaşlıq bu yolda mühüm rol oynayır.
Azərbaycan və Qazaxıstan mühüm ticari-iqtisadi tərəfdaşlardır - nazir müavini

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın iqtisadi inkişafının yüksək tempi müxtəlif ölkələrlə ticari-iqtisadi əlaqələrin davamlı inkişafını təmin etməyə imkan verir və Qazaxıstanla əməkdaşlıq bu yolda mühüm rol oynayır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov cümə axşamı Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda bildirib.

"Azərbaycan və Qazaxıstan mühüm ticari-iqtisadi tərəfdaşlardır və hüquqi bazanın inkişafı əlaqələrin inkişafı üçün yaxşı hüquqi mexanizm yaradır", - nazir müavini deyib.

Onun sözlərinə görə, Qazaxıstanla əməkdaşlığa təkcə ümumilikdə bütün ölkə səviyyəsində deyil, həm də böyük potensiala malik olan ayrı-ayrı sahələr səviyyəsində baxılır.

Hazırda Azərbaycan 145 ölkə ilə ticarət əlaqələri saxlayır.

Aktobe vilayətinin başçısı Arximed Muxambetov biznes forumda bildirib ki, vilayət Qazaxıstanın sürətlə inkişaf edən regionlarından biridir. Həmçinin, son beş il ərzində burada sənaye istehsalatının sürəti 2,5 dəfə artaraq 8,3 milyard dollar təşkil edib.

"Aktobe vilayəti inkişaf etmiş aqrar sektoru, o cümlədən heyvandarlıq sahəsi ilə fərqlənir. Son illərdə tikinti sektoru da yüksək həddə çatıb", - Muxambetov deyib.

Biznes forumda 100-dən çox iş adamı iştirak edir.

Xəbər lenti

Xəbər lenti