...

Azərbaycan bankı "AccessBank" avtomobillərin sığortalanmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 13:53 (UTC +04:00)
Çərşnbə axşamı "AccessBank", avtomobil sahibləri üçün icbari sığorta polislərinin təqdim olunması üzrə yeni xidmətin göstərilməsinə başladığını elan edib.
Azərbaycan bankı "AccessBank" avtomobillərin sığortalanmasına başlayıb

Azərbaycan, Bakı, 28 fevral/ Trend /

Çərşnbə axşamı "AccessBank", avtomobil sahibləri üçün icbari sığorta polislərinin təqdim olunması üzrə yeni xidmətin göstərilməsinə başladığını elan edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"AccessBank" müştəriləri hər hansı müəyyən bir şirkətin sığorta polisini almağa məcbur etmir, Azərbaycanın 3 aparıcı sığorta şirkətlərinin polislərini sərbəst şəkildə seçməyi təklif edir. Bundan sonra "AccessBank"ın müştəriləri polisləri seçərək onları bankın istənilən filialında tez bir zamanda rəsmiləşdirə bilərlər.

Yeni xidmət növü 1 yanvar 2012-ci ildən etibarən "İcbari sığortalar haqqında" qanununun qüvvəyə minməsi ilə bağlıdır. Bu qanun, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daha əhatəli və effektiv sistemi nəzərdə tutur.

Avtomobilin icbari sığortası, yol nəqliyyatı hadisəsinin baş verdiyi təqdirdə üçüncü tərəflərin sığortalanmasını nəzərdə tutur, yəni avtomobil sahiblərinin üçüncü tərəflərin sağlamlığına, həyatına və ya əmlakına zərər vurduğu hallarda avtomobil sahiblərinin mülkiyyət maraqlarının qorunmasını təmin edir. Mühərrikin həcmindən asılı olaraq, avtomobilin sığorta məbləği fiziki şəxslər üçün 50-250 manat, hüquqi şəxslər üçün isə 60-300 manat civarında dəyişir. Qanuna əsasən, hər bir sığorta hadisəsinə görə maksimal kompensasiya məbləği 50 000 manat təşkil edir.
"AccessBank"ın baş meneceri Andrev Pospielovsky yeni xidmətin başlanmasını şərh edərək deyib: "Bir çox banklar və sığorta agentləri müştərilərə müəyyən bir sığorta şirkətinin polislərini təklif edirlər. AccessBank-da müştərilər istənilən aparıcı sığorta şirkətinin polisini seçə və eyni zamanda, əməkdaşlarımızın göstərdiyi keyfiyyətli xidmətdən faydalana bilərlər".

"АccessBank"ın missiyası Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir.

"АccessBank" beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb.

"AccessBank" 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti