...

Azərbaycanda Rusiya avtomobillərinin iştirakı ilə baş verən yol qəzaları istismar qaydalarının pozulması ilə əlaqədardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2012 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir H.Vəliyev/

Yaxın üç ayda Azərbaycana Rusiya istehsalçısı "AvtoVaz"ın "Lada Qranta" avtomobillərinin tədarükü başlayacaq. Bu avtomobillər Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni tələblərinə cavab verir. Bu barədə cümə günü Trend-ə "Xəzər-Lada" ASC-nin prezidenti Fəxrəddin Qasımzadə bildirib.

Dövlət Komitəsinin qərarı ilə may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır.

Qasımzadənin sözlərinə görə, hazırda Azərbaycana gətirilən yeni avtomobillərin ümümi sayından 45 faizi Rusiya istehsalçısı "AvtoVaz"ın avtomobillərinin payına düşür.

O, "AvtoVaz" avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisələrinin istehsalçının günahından baş verməsi barədə məlumatı əsassız adlandırıb.

"Konkret model, məsələn, bu gün əhali arasında olduqca populyar olan "VAZ 2107" haqqında danışsaq, istənilən digər avtomobillərdə olduğu kimi, bu modelin də istismar üzrə öz tələbləri var. Məsələn, bu model üçün maksimum sürət saatda 125 kilometr sürəti ötməməlidir, avtomobilin konstruksiyasına heç bir dəyişiklik edilməməlidir və müvafiq olaraq, təhlükəsizlik kəmərlərindən istifadə etmək lazımdır", - Qasımzadə qeyd edib.

O, habelə qeyd edib ki, bu ilin aprelindən "VAZ 2107" avtomobillərinin istehsalı dayandırılır.

Onun sözlərinə görə, "Kalina", "Priora" kimi modellərin ABS əyləc sistemi və təhlükəsizlik yastıqları var. Yaxın vaxtlarda "Niva" modelinə də dəyişikliklər ediləcək.

Qasımzadə vurğulayıb ki, Azərbaycanda "Lada Qranta"nın qiyməti təxminən 9-9,5 min manat təşkil edəcək. Bununla yanaşı, payızdan etibarən bu avtomobillər avtomatik qutu ilə tədarük ediləcək.

Xəbər lenti

Xəbər lenti