Azərbaycan, Bakı, 5 mart /Trend/
"NBC Bank" ASC, daima təkmilləşmə, hər müştəriyə individual yanaşma və məmnunluğa xidmət göstərən siyasəti yönündə fəaliyyətini davam etdirir. Bankın marketinq departamenti, müştərilərə yeni məhsul və xidmətlər üzrə mütəmadi olaraq kompleks kampaniyalar təqdim edir.
Belə ki, 01.03.2012-ci il tarixindən etibarən "NBC Bank" ASC, pul köçürmələri üzrə uduşlu kampaniyaya başladı. Kampaniyanın şərtlərinə uyğun olaraq, köcürəcək və ya alacaq pulun məbləğinə müvafiq olaraq hər bir müştəri istənilən operatorun konturunu hədiyyə ala bilər.
Xidmətin şərtləri haqqında ətraflı məlumat üçün "NBC Bank" ASC-nin aşağıda göstərilən telefon nömrələri ilə əlaqə saxlaya və ya facebook səhifəsini (http://www.facebook.com/NBCBankASC) ziyarət edə bilərsiniz.
Nəzərinizə çatdirmaq istəyirik ki, bankda hal-hazırda Western Union, Contact, Migom, Bistraya Pochta, Private Money, Zolotaya Korona, Allure, Xpress Money, Caspian Money Transfer və Blizko kimi sürətli pul köçürmələri sistemləri üzrə müştərilərə xidmət göstərilir.
"NBC Bank" ASC - 17 dekabr 1992-ci ildə "Ruzu" SKB adı altında fəaliyyətə başlamışdırr. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBC Bank" ASC kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir. 2005-ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
"NBC Bank"-ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.