Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Ə.Həsənov/
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi 2011-ci ildə daşınmaz əmlakın ilkin qeydiyyatının xeyli artımını qeyd edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi komitənin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, fərdi yaşayış və bağ evlərinin, mənzillərin və torpaq sahələrinin ilkin qeydiyyatı müvafiq olaraq, 90 faiz, 71 faiz və 85 faiz artıb.
İlkin qeydiyyatdan keçən qeyri-yaşayış sahələri 2,3 dəfə, çoxmərtəbəli yaşayış binaları 2,1 dəfə, qeyri-yaşayış binaları isə 75 faiz artıb.
2011-ci ildə hüquqların ilkin dövlət qeydiyyatının əmlak bölmələri üzrə əvvəlki illə müqayisəli hesabatı:
№ |
Göstəricilər |
2010 |
2011 |
Artım (%) |
Cəmi ilkin qeydiyyat |
28 994 |
52 583 |
81,4% |
|
1 |
Fərdi yaşayış və bağ evi |
7 246 |
13 799 |
90,4% |
2 |
Mənzil (özəlləşdirmə) |
10 090 |
17 209 |
70,6% |
3 |
Torpaq sahələri |
9 594 |
17 748 |
85,0% |
4 |
Qeyri-yaşayış binası |
1 106 |
1 936 |
75,0% |
5 |
Qeyri-yaşayış sahəsi |
605 |
1 376 |
2,3 dəfə |
6 |
Əmlak kompleksi |
232 |
375 |
61,6% |
7 |
Çoxmərtəbəli yaşayış binaları |
11 |
23 |
2,1 dəfə |
8 |
Çoxillik əkmələr |
110 |
117 |
11,1% |
"İlkin qeydiyyatın böyük hissəsinin regionların payına düşməsi isə qeydiyyatdan keçmiş əmlaka inamın bölgələrdə də artdığını göstərir. Ötən il tərtib olunan texniki pasportların əvvəlki ilə nisbətən 62 faiz artması isə vətəndaşların öz əmlaklarını tam sənədləşdirməkdə maraqlı olduğunu göstərir. Bütün bunlar isə son nəticədə qeydiyyatın kəskin artımına səbəb olub", - məlumatda deyilir.
Bakıda əmlakın qeydiyyatı 2010-cu ilə nisbətən 38 faiz artdığı halda, regionlarda artım 68,5 faiz təşkil edib. Ən çox artım Beyləqan (2,3 dəfə), Abşeron (2,1 dəfə), Şamaxı (2,1 dəfə) və Qəbələdə (2,2 dəfə) qeydə alınıb.
2011-ci ildə ərazi idarələri üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında məlumat:
Ərazi idarələri |
2011 |
2010-cu ilə nisbətən artım |
Respublika üzrə cəmi |
147 368 |
55,6% |
Bakı şəhər Ərazi İdarəsi |
54 865 |
38,1% |
Abşeron Ərazi İdarəsi |
14 402 |
2,1 dəfə |
Sumqayıt Ərazi İdarəsi |
9 179 |
27,6% |
Gəncə Ərazi İdarəsi |
8 245 |
61,6% |
Xaçmaz Ərazi İdarəsi |
7 668 |
96,6% |
Beyləqan Ərazi İdarəsi |
3 391 |
2,3 dəfə |
Bərdə Ərazi İdarəsi |
3 789 |
53,8% |
Cəlilabad Ərazi İdarəsi |
2 915 |
1,5% |
Qəbələ Ərazi İdarəsi |
3 895 |
2,1 dəfə |
Lənkəran Ərazi İdarəsi |
7 010 |
55,5% |
Şamaxı Ərazi İdarəsi |
2 889 |
2,1 dəfə |
Şəki Ərazi İdarəsi |
3 923 |
56,9% |
Şəmkir Ərazi İdarəsi |
4 354 |
84,1% |
Şirvan Ərazi İdarəsi |
6 463 |
56,2% |
Tovuz Ərazi İdarəsi |
3 839 |
73,8% |
Ucar Ərazi İdarəsi |
2 831 |
76,4% |
Yevlax Ərazi İdarəsi |
4 962 |
86,3% |
Zaqatala Ərazi İdarəsi |
2 748 |
54,8% |
"2011-ci ildə əmlakın qeydiyyatının belə kəskin artmasının bir sıra ciddi səbəbləri var. Əsas səbəblərdən biri bu sahədə prosedurların sadələşdirilməsi, vətəndaşlardan artıq sənədlərin istənilməsi hallarının aradan qaldırılması, şikayət və müraciətlərin araşdırılmasında operativliyin artırılması, ümumilikdə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir", - Dövlət Komitəsinin məlumatında qeyd edilir.
Ən maraqlı yenilik əhalinin əmlakın qeydiyyatına münasibətinin dəyişməsidir. Ölkədəki iqtisadi proseslər, əhalinin və sahibkarların bu proseslərə getdikcə daha aktiv cəlb olunması, bazar iqtisadiyyatının tələbləri, kredit-girov münasibətlərinin inkişafı mülkiyyət məsələlərinə baxışın və münasibətin ciddiləşməsinə səbəb olub. Bununla paralel aparılan maarifləndirmə və təbliğat kampaniyaları da əhalinin qeydiyyatdan keçmiş və tamamilə sənədləşdirilmiş əmlaka inamını və etibarını artırıb.
2011-ci il ərzində ölkə üzrə 17 209 mənzil özəlləşdirilib. Ötən ilə nisbətən özəlləşdirilmiş mənzillərin sayı 70,6 faiz artıb. Ümumilikdə, özəlləşdirmə başlayandan 2012-ci il yanvarın 1-dək ölkə üzrə 468 075 mənzil özəlləşdirilib.