...

Azərbaycan süd və süd məhsulları bazarında bir ilk

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 13:14 (UTC +04:00)
Azərbaycan süd və süd məhsulları bazarında bir ilk
Azərbaycan süd və süd məhsulları bazarında bir ilk

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycan süd və süd məhsulları bazarına 2011-ci ilin oktyabr ayından daxil olmuş Milla brendi bu bazarda bir ilkə imza atmışdır.

İlk dəfə olaraq laktoza həssaslığından əziyyət çəkən təbəqə üçün Laktozasız süd məhsulu alıcıların ixtiyarına verilmişdir.

Laktoza nədir?
Laktoza (C12H22O1) disaxarid qrupundan olan karbohidratdır, yəni süd şəkərinə verilən addır.

Laktoza isə süd şəkəri olan laktozanı qlükoza və qalaktozaya hidrolitik parçalanmasını kataliz edən fermentdir. Qısacası süd şəkərini bağırsaqda parçalayan fermentin adıdır.

Siz süd içdikdən sonra aşağıdakı simptomları hiss edirsiniz?
• Mədə şişkinliyi
• Mədə-bağırsaq spazması
• İshal
• Qusma
• Ürəkbulanma
• Köpmə

Əgər cavabınız "hə"-dirsə, onda laktozasız Milla südü sizin köməyinizə çata bilər.
Süd içərkən orqanizminizdə bu cür halların yaranma səbəbinə gəldikdə isə qeyd olunmalıdır ki, əgər "laktaza" fermenti orqanizminizdə kifayət dərəcədə deyilsə, onda südün tərkibində olan "laktoza" şəkəri mədə-bağırsaq sisteminizdə parçalanmamaqdadır.

Adətən, orqanizminizdə olan laktaza fermenti və süddəki laktoza arasında reaksiya nazik bağırsaqda baş verir.

Bu kimi təbii reaksiyanın nəticəsində monosaxaridlər ifraz edilir. Monosaxaridlər isə qana nüfuz edir və orada sizin orqanizminiz bu şəkərləri istifadə edərək, özünüzü yaxşı hiss etməyə kömək edir.

Laktoza fermenti orqanizminizdə kifayət dərəcədə olmadıqda, laktoza bağırsağınızın alt hissələrinə daxil olur və məhz orada parçalanaraq sizdə narahatçılıq hissi yaradır.

Millanın təklif etdiyi laktozasız süd məhsulu problemin həlli kimi

Milla qeyd olunan problemin həlli çərçivəsində laktozanı orqanizminiz üçün təhlükəsiz olan monosaxaridlər ilə əvəz edib. Beləliklə siz laktozasız Milla südündən tam əminliklə istifadə edə bilərsiniz.

Laktozasız Milla südü, adi süd kimi faydalı, dadlı olmaqla yanaşı, sümükləriniz və dişlərinizin möhkəmliyini təmin edir.

Həmçinin, laktozasız Milla adi süd kimi istifadə edilməlidir. Siz onu müntəzəm olaraq içə, şirniyyata və isti içkilərə əlavə edə bilərsiniz.

Yalnız bir fərqlə ki, laktozasız Milla süd ilə siz özünüzü gün ərzində rahat və daha yaxşı hiss edəcəksiniz!

Xəbər lenti

Xəbər lenti