...

Daşkənddə Azərbaycanın turizm potensialı təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2012 18:43 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi cümə günü keçirilən "Turizm sahəsində kadrların hazırlanması və məşğulluğun təmin edilməsi məsələləri" beynəlxalq konfransında Azərbaycanın turizm potensialını təqdim edib.
Daşkənddə Azərbaycanın turizm potensialı təqdim edilib

Özbəkistan, Daşkənd, 30 mart /Trend, müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı səfirliyi cümə günü keçirilən "Turizm sahəsində kadrların hazırlanması və məşğulluğun təmin edilməsi məsələləri" beynəlxalq konfransında Azərbaycanın turizm potensialını təqdim edib.

Azərbaycanın turizm potensialı haqqında Azərbaycan səfirliyinin ikinci katibi Səbuhi Əhmədov məlumat verib. O, çıxışında Azərbaycanın turizm sektorunun inkişafını işıqlandırıb, respublikanının Mədəniyyət və Turizm Nazirliyinin rolu və yerini xüsusi qeyd edib.

Səfirlik nümayəndəsi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada turizm sisteminin yenidən formalaşdırılmasına, inkişaf etmiş turizm infrastrukturunun yaradılmasına böyük diqqət ayrılır. 2011-ci ilin "Turizm ili" elan edilməsi, 2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafı üzrə Dövlət Proqramının qəbulu və onun həyata keçirilməsi üçün atılan addımlar Azərbaycanın turizm profilli ölkə kimi imicinin möhkəmlənməsində böyük rol oynayıb.

"Eurovision" müsabiqəsində qələbə sayəsində Azərbaycan qısa müddət ərzində turizm imicini yüksəltmək şansı qazandı. Mayda Bakıda bu müsabiqənin uğurla keçirilməsi üçün həyata keçirilən tədbirlər kompleksi onu sübut edir ki, respublika bu şansdan istifadə etməkdə tam qərarlıdır", - Əhmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti