...

Neft mədənlərindəki qanunsuz tikililər tam həcmdə neft-qaz əməliyyatlarının aparılmasına mane olur - ARDNŞ

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 15:35 (UTC +04:00)
Azərbaycan məhkəmələrində ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrində və neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililərə malik şəxslər barəsində 15 min şikayət ərizəsinə baxılır.
Neft mədənlərindəki qanunsuz tikililər tam həcmdə neft-qaz əməliyyatlarının aparılmasına mane olur - ARDNŞ

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan məhkəmələrində ARDNŞ-nin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrində və neft quyularının təhlükəsizlik zonasında qanunsuz tikililərə malik şəxslər barəsində 15 min şikayət ərizəsinə baxılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Onun sözlərinə görə, ARDNŞ hazırda məhkəmə orqanlarına təqdim etmək üçün yeddi min şikayət ərizəsi hazırlayır.

"Biz ərizələrin məhkəmələrə təqdim edilməsi sürətini azaltmışıq, çünki onlar həmin şikayətlərə baxmağı çatdırmırlar", - Orucov deyib.

PSA tipli müqaviləyə uyğun olaraq, "Binəqədi", "Qirməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayi", "Şabandağ" və "Sianşor" yataqlarının daxil olduqları blokun yerləşdiyi adları çəkilən ərazilər "Binaqadi Oil" əməliyyat şirkətinin istifadəsinə verilib və onlar yalnız təyinatı üzrə istifadə oluna bilərlər. Analoji vəziyyət digər neft mədənlərinin, boru kəmərlərinin, neft quyularının, sənaye qurğularının və s. ərazilərində də müşahidə olunur.

"Bununla əlaqədar, şirkət sənaye təyinatlı və neft-qaz əməliyyatları üçün nəzərdə tutulmuş ərazilərdə tikinti işləri həyata keçirmiş şəxslər barəsində müvafiq tədbirlər həyata keçirir", - Orucov deyib.

Onun sözlərinə görə, bu tədbirlər yalnız yeni tikililərin meydana çıxmasının qarşısının alınmasına yönəlib, yəni ARDNŞ artıq mövcud olan yaşayış binalarını sökməyəcək.

"Lakin bugünkü şərait tam həcmdə neft-qaz əməliyyatlarının aparılması imkanlarını 70 faiz məhdudlaşdırır, - Orucov bildirib. - son bir il ərzində 1520 belə tikili inşa edilib".

Çərşənbə günü ARDNŞ əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindəki belə tikintilərə baxış keçirilib.

Xəbər lenti

Xəbər lenti