...

Gəncədə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 20:56 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.
Gəncədə "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində gənclər üçün "Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin əməkdaşları, eləcə də Gəncə şəhərində yerləşən 3№-li peşə məktəbinin şagirdləri iştirak edib.

Treninqdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Həmçinin, tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti