Azərbaycan, Bakı, 19 aprel /Trend/
Dövlət Gömrük Komitəsi daha bir elektron xidmət - "Sərnişin bəyannaməsi" elektron xidmətini istifadəyə verib. Bu barədə Trend-ə DGK-dan məlumat verilib.
Bundan sonra fiziki şəxslər Dövlət Gömrük Komitəsinin internet səhifəsindən (www.customs.gov.az) və ya gömrük sərhəd buraxılış məntəqələrində quraşdırılmış "Gömrük" məlumat köşklərindən istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi malları, o cümlədən valyuta sərvətlərini elektron formada bəyan edə bilərlər.
Xatırladaq ki, təqdim olunan elektron gömrük xidməti vətandaşların gömrük sərhədindən keçidini daha da asanlaşdırmaqla gömrük nəzarətində şəffaflığı təmin edir.