...

Azərbaycan və BƏƏ arasında münasibətlərin inkişafı üçün böyük perspektivlər var - Dubay Administrasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 19:05 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında münasibətlərin inkişafı üçün böyük perspektivlər mövcuddur.
Azərbaycan və BƏƏ arasında münasibətlərin inkişafı üçün böyük perspektivlər var - Dubay Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan və BƏƏ arasında münasibətlərin inkişafı üçün böyük perspektivlər mövcuddur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Dubay Əmiri Administrasiyasının və "Dubai Bank"ın rəhbəri, Dubay İslam İnkişaf Bankının idarə heyətinin sədri Məhəmməd İbrahim əl Şaybaninin başçılıq etdiyi BƏƏ nümayəndə heyəti ilə görüşündə deyib.

"İki ölkə arasında münasibətlərin böyük potensialı var və əməkdaşlığı inkişaf etdirmək lazımdır", - Səfərov bildirib.

Tədbirdə Azərbaycanda bir sıra investisiya layihələrinin təqdimatı keçirilib. Layihələr, xüsusən "Baku White City" layihəsi Dubay nümayəndə heyətində böyük maraq doğurub.

Nümayəndə heyətini bir müddət əvvəl Şahin Mustafayev qəbul edib. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti