...

Azərbaycan və İtaliya aqrar sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2012 20:37 (UTC +04:00)
Bakıda cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan və İtaliya aqrar sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Ə.Həsənov/

Bakıda cümə günü Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və İtaliyanın kənd təsərrüfatı nazirinin müavini Franko Braqa imzalayıblar.

İmzalanma mərasimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası çərçivəsində baş tutub.

"Saziş heyvandarlıq və bitkiçilik, kənd təsərrüfatı məhsullarının emalı sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bununla əlaqədar olaraq, birgə istehsalın yaradılması imkanı istisna edilmir", - nazirlikdən Trend-ə bildiriblər.

Xəbər lenti

Xəbər lenti