...

"Texnikabank" FBME Bank ilə kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 11:50 (UTC +04:00)
"Texnikabank" ASC maliyyələşmə mənbələrinin diversifikasiyası məqsədilə 20 aprel 2012-ci il tarixində FBME Bank ilə kredit müqaviləsi imzalamışdır.
"Texnikabank" FBME Bank ilə kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Texnikabank" ASC maliyyələşmə mənbələrinin diversifikasiyası məqsədilə 20 aprel 2012-ci il tarixində FBME Bank ilə kredit müqaviləsi imzalamışdır. Bankdan Trend-ə verilən məlumata görə, Müqaviləyə əsasən banka bir il müddətinə 5 mln. dollar məbləğində vəsait verilmişdir.

"Texnikabank"ın Qara Dəniz Ticarət və İnkişaf Bankı eyni zamanda İslam İnkişaf Bankı kimi tanınmış beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı mövcuddur. Eləcə də bank London Fond Birjasında 2008-ci il istiqrazlarını uğurla yerləşdirmişdir.

Bankın inkişaf dinamikası və davamlı artımı beynəlxalq səviyyədə də lazımınca qiymətləndirilib və "Texnikabank" ASC-yə Moody"s agentliyi tərəfindən "B3", Fitch agentliyi tərəfindən isə "B-" reytinqi verilib.

Xatırladaq ki, Texnikabank ASC 1993-cü ildə təsis olunmuş və hal-hazırda ölkənin bank sektorunda sistem əhəmiyyətli banka çevrilmişdir. Geniş filial şəbəkəsinə malik olan bankın Bakı şəhəri və regionlarda yerləşən 35 filial, 17 şöbəsi və ölkə hüdudlarından kənarda, Türkiyənin İstanbul şəhərində nümayəndəliyi istifadəyə verilmişdir. Hal-hazırda Texnikabank özünün 770 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti