...

ABŞ Azərbaycan sərhədlərində təhlükəsizliyin artırılması üçün 24,5 milyon dollar yardım göstərib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

ABŞ ixracat üzərində nəzarət və sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə (EXBS) yardım proqramı çərçivəsində 2000-ci ildən bu günədək Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinə 24,5 milyon dollar dəyərində avadanlıq təqdim edib və treninqlər keçib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Birləşmiş Ştatlarda istehsal edilən və gömrük avadanlığı ilə təchiz edilən, ümumi dəyəri 300 min dollardan çox olan iki avtomobilin DGK-ya təhvil verilməsi mərasimində bildirib.

"Son illər Azərbaycan gömrüyü öz işini ciddi şəkildə modernləşdirib, infrastrukturu yaxşılaşdırıb, müasir gömrük məcəlləsi yaradıb. Bu avtomobillər Azərbaycan sərhədlərini daha təhlükəsiz etməyə kömək göstərəcək", - Sterlinq deyib.

Azərbaycan DGK-nin sədri Aydın Əliyevin sözlərinə görə, bu tədbir iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir.

"Biz mövcud proqram çərçivəsində ABŞ avadanlıqları alırıq, bundan başqa, mütəxəssislərimiz ABŞ-da treninq keçirlər və gömrük sahəsində qabaqcıl təcrübəni öyrənirlər", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, belə avtomobillərdən hazırda ABŞ gömrüyünün fəaliyyətində istifadə edilir.

Xəbər lenti

Xəbər lenti