...

Aprel ayında Azərbaycanda deflyasiya qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2012 20:16 (UTC +04:00)
2012-ci ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb.
Aprel ayında Azərbaycanda deflyasiya qeydə alınıb

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin aprel ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

"Apreldə ərzaq məhsullarının qiymətlərinin 0,9 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin sabit qalması ötən ay deflyasiyaya səbəb olub", - məlumatda deyilir.

Ay ərzində ərzaq məhsullarından un, manna və qarabaşaq yarmaları, vermişel və makaron, çörək, mal əti, toyuq əti, təzə balıq, pasterizə olunmamış üzlü süd, yumurta, günəbaxan və zeytun yağları, şəkər və şəkər tozu, limon, portağal, alma, armud, şabalıd, qoz və fındıq, göyərti, pomidor və xiyar, sarımsaq, göbələk, soğan və kartofun qiyməti ucuzlaşıb.

Ucuzlaşma ilə yanaşı, aprel ayında qoyun əti, kolbasa məmulatları, sterilizə olunmuş üzlü süd, qarğıdalı yağı, naringi, banan, kələm, çuğundur və kökün qiymətlərində bahalaşma da müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti