...

Azərbaycanda fermerlərin subsidiyalaşdırılmasının yeni mexanizmləri öyrənilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2012 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir A.Axundov/

Azərbaycan fermerlərin subsidiyalaşdırılmasını artıracaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

"Biz İqtisadi İnkişaf Nazirliyi, ölkə hökuməti ilə birgə fermerlərin subsidiyalaşdırılmasının yeni mexanizmlərini öyrənirik", - Abasov deyib.

Onun sözlərinə görə, yeni mexanizmlər subsidiyalaşdırma həcmlərinin artırılmasına və həmin vəsaitlərdən daha səmərəli istifadə olunmasına yönəldilib.

Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyalar 2007-ci ildən verilir. Subsidiyaların verilməsi formalarının dəyişdirilməsi çərçivəsində yerli fermerlərə pul şəklində deyil, mineral, fosfor, azot və digər gübrələr şəklində əmtəə subsidiyalarının verilməsi təklif olunur.

Martın 7-də 2012-ci il üzrə 25,189 milyon manat məbləğində subsidiyaların verilməsi haqqında qərar qəbul edilib. Onların alınması üçün nazirliyə ölkənin 58 rayonundan (şəhərindən) müraciətlər daxil olub.

Subsidiyalar kənd təsərrüfatı məhsullarının istehsalçıları olan 168 893 fiziki və hüquqi şəxsə 629,7 min hektar torpaq sahəsində işlərin görülməsi üçün veriləcək.

Artıq müvəkkil agent olan Kapital Bank-ın plastik kartları vasitəsilə subsidiyaların verilməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti