...

Azərbaycan bankının dəstəyi ilə Kiyevdə IV beynəlxalq maliyyə konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Ə.Həsənov/

Mayın 18-19-da Kiyevdə IV beynəlxalq "Pul köçürmələri, nağd valyutalar və bank metalları bazarları" konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə tədbirin baş sponsoru kimi çıxış edən Azərbaycan bankı "ZaminBank"ın məlumatında deyilir.

Konfransda Ukraynadan və MDB-dən 150-dən çox maliyyə müəssisəsinin iştirak edəcəyi gözlənilir.

Konfransın məqsədi təkcə biznesin müxtəlif sahələrində təcrübə və yeni texnologiyaların mübadiləsi deyil, həm də həmkarlar arasında gələcək əməkdaşlıq məqsədilə işgüzar əlaqələrin qurulması, biznes ideyalarının, həllərinin və alqoritmlərinin birgə tapılması imkanlarının əldə edilməsidir.

"ZaminBank" 1992-ci il noyabrın 16-da fəaliyyətə başlayıb. Bankın səhmdarları üç fiziki şəxsdir.

Xəbər lenti

Xəbər lenti