...

Azərbaycan Fransada keçiriləcək şərab festivalında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 13:37 (UTC +04:00)
Mayın 20-də Fransanın Burqundiya regionunun Oser şəhərində “Oserin üzüm gülləri” şərab festivalı keçiriləcək.
Azərbaycan Fransada keçiriləcək şərab festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 14 may /Trend/

Mayın 20-də Fransanın Burqundiya regionunun Oser şəhərində "Oserin üzüm gülləri" şərab festivalı keçiriləcək.

Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin təşkilatçılığı ilə rəsmi şəxslərdən və şərabçılıq sahəsində ixtisaslaşmış iş adamlarından ibarət nümayəndə heyəti mayın 18-21-də Oser şəhərində səfərdə olacaqdır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ölkəmiz üçün ayrılmış sahədə Azərbaycan şərabları nümayiş olunacaqdır.

Burada həmçinin, milli mətbəximiz və musiqimiz ziyarətçilərə təqdim ediləcək.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra üzüm plantasiyalarında və şərab istehsalı müəssisələrində olacaq, təcrübə mübadiləsi aparacaqlar. Səfər zamanı Azərbaycan və Fransanın bir sıra şəhərləri arasında əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti