...

"Standard & Poor's" Azərbaycanın bank sektoru risklərinin qiymətləndirilməsini yaxşılaşdırıb (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 15:18 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:28-də yayılıb)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Axundov/

"Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycan bank sektorunun ölkələr və sahələr risklərinin qiymətləndirilməsini (BICRA) yenidən nəzərdən keçirib və bu əsasda Azərbaycanı 9-cu qrupdan 8-ci qrupa keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi xidmətin yaydığı məlumatda deyilir.

"Biz, həmçinin bu ölkə üzrə iqtisadi riskin qiymətləndirilməsinin 8-dən 7-yə, sahə riskləri üzrə isə 9-dan 8-ə keçirilməsini yenidən nəzərdən keçirmişik", - məlumatda qeyd olunur.

"Standard & Poor's" əvvəlki kimi Azərbaycan hökumətini ölkənin milli bank sektoruna dəstək göstərməyə hazır olan hökumətlərə aid edir. Azərbaycanla yanaşı, BICRA dərəcəsi üzrə "8" qrupuna Argentina, Qazaxıstan, Özbəkistan, Nigeriya və Gürcüstan aiddir.

"Azərbaycan üçün iqtisadi riskin təkrar qiymətləndirilməsi "7"-dir. Biz ortadan aşağıya qədər iqtisadi disbalansların yaranması riskinin qiymətləndirilməsini təkrar gözdən keçirdik", - məlumatda deyilir.

Agentliyin qiymətləndirmələrinə görə, 2011-ci ildə neft-qaz sektoru ÜDM-in 40 faizini birbaşa, daha 35 faizini isə bilavasitə, xidmətçi sahələr və xidmətlər sektoru vasitəsilə təmin edib.

Xəbər lenti

Xəbər lenti