...

ASB Bankdan "Səyahət etmək vaxtıdır" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 18:14 (UTC +04:00)
Azərbaycan Sənaye Bankı "Western Union" ilə birlikdə öz müştərilərinə "Səyahət etmək vaxtıdır" adında yeni kampaniyada iştirak edərək istənilən ölkəyə səyahət etmək imkanı yaradır.
ASB Bankdan "Səyahət etmək vaxtıdır" kampaniyası

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Sənaye Bankı "Western Union" ilə birlikdə öz müştərilərinə "Səyahət etmək vaxtıdır" adında yeni kampaniyada iştirak edərək istənilən ölkəyə səyahət etmək imkanı yaradır.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu kampaniya "Western Union" sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Kampaniya 1 may - 31 avqust tarixlərində keçirilir. Kampaniya zamanı ASB Bankın filiallarında "Western Union" xidmətlərindən istifadə edən hər bir pul göndərən və yaxud alan müştəri promo-kuponu doldurduqdan və bank əməkdaşına təhvil verdikdən sonra lotereyada iştirak edir.

Kampaniyada iştirak edən müştərilər müxtəlif hədiyyələr qazanmaqla yanaşı, ailələri ilə birlikdə unudulmaz məzuniyyət üçün min manat dəyərində səyahət paketi udmaq şansını da qazanırlar. Bundan əlavə, pulu göndərən hər müştəriyə bloknot hədiyyə olunur.

1996-cı ildən etibarən fəaliyyət göstərən Azərbaycan Sənaye Bankı fiziki və hüquqi şəxslərə müxtəlif növ bank xidmətləri göstərir. 2012-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycan Sənaye Bankının aktivləri 159.420 min manat, bankın kredit portfeli 139.917 min manat, depozit portfeli isə 81.975 min manat təşkil edib. Cari ilin mart ayına görə, bankın nizamnamə kapitalı 28 mln. manata çatıb. Hazırda bankın ölkə üzrə 8 filialı, 1 şöbəsi, 34 bankomatı və 505 POS-terminalı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti