...

"Energetik oyunlar" bestsellerinin müəllifi ictimaiyyətin diqqətini metanolun üstünlüklərinə cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 09:39 (UTC +04:00)
"Energetik oyunlar" bestsellerinin müəllifi ictimaiyyətin diqqətini metanolun üstünlüklərinə cəlb edir
"Energetik oyunlar" bestsellerinin müəllifi ictimaiyyətin diqqətini metanolun üstünlüklərinə cəlb edir

Amerikanın alternativ və bərpaolunan enerji mənbələri haqda olan populyar Açıq Yanacaq Standartı saytı (www.openfuelstandard.org) bu yaxınlarda "Energetik oyunlar" kitabının müəllifi Robert Rapyenin ideyaları haqqında maraqlı məqalə dərc etdirmişdir. Bu kitab müəllifin dünya ölkələrinin neftdən, o cümlədən də benzindən enerji asılılığı xüsusunda obyektiv və cəsarətli düşüncələri sayəsində bestsellerə çevrilib.

Bəşəriyyətin neftdən qlobal asılılıq buxovlarından azad edilməsinin qızğın tərəfdarlarından biri olan Rapye maraqlı analogiyalar gətirərək belə bir proqnoz verir ki, sivilizasiyanın əsas nəqliyyat yanacağı kimi neft və benzinin monopoliyasından azad olacağı gün uzaqda deyil. Bu fikri əsaslandırmaq üçün müəllif benzin və dizelin əsas alternativlərindən biri kimi, daha əlçatan, ekoloji cəhətdən təmiz yanacaq və enerji mənbəyi olan metanolu təklif edir.

"Demək olmaz ki, neftin iqtisadi alternativləri heç vaxt mövcud olmayıb" -müəllif yazır, - sıxılmış təbii qaz və metanol, misal üçün, artıq uzun illərdir ki, energetik ekvivalentdə neftdən ucuzdur. Problem ondadır ki, istehlakçıların öz avtomobillərini hansı yanacaq növü ilə - metanol, etanol, yoxsa benzinin hansısa digər rəqibləri ilə doldurmaq seçimi yoxdur... çünki nəqliyyat infrastrukturu buna uyğunlaşdırılmayıb, ən mühümü isə, avtomobillər layihələndirilərkən yolda bu növ yanacaqlardan istifadə etmək imkanları nəzərə alınmayıb." - deyə müəllif vurğulayır. "Beləliklə, mənim təklifim Açıq Yanacaq Standartını dəstəkləməyə çağırır, bu yanacaq standartı ABŞ-da satılan, benzindən fərqli yanacaq növləri ilə işləmək qabiliyyətinə malik nəqliyyat vasitələrinin faizinin artırılmasını tələb edə bilər".

Müəllif daha sonra qeyd edir: "Mən, bir qayda olaraq, təlimatların güclü tərəfdarı deyiləm, lakin indiki halda çoxyanacaqlı mühərriklə işləyən avtomobillərin istehsalına çəkiləcək əlavə xərclər vur-tut 100-200 ABŞ dolları təşkil edəcəkdir (bəzən sadəcə "flex-fuel" adlanan çoxyanacaqlı mühərrikli avtomobil (FFV) və ya ikiyanacaqlı mühərrikli avtomobil bir qayda olaraq bir yanacaq növündən digərinə keçmək qabiliyyətinə malikdir. Müxtəlif konsentrasiyalarda benzin və metanol qarışığı ilə işləyə bilən nəqliyyat vasitəsi buna sadə bir misaldır). Beləliklə, bu yenilik orta statistik avtomobilin maya dəyərinə yalnız 0.5% faiz əlavə edəcəkdir, - deyə Rapye yazır.
Çoxyanacaqlı mühərrikli avtomobillərin xeyli əlverişli olması faktı yeni növ yanacağın nəqliyyat yanacağı bazarına çıxarılması

yolundakı əsas maneələrdən birini aradan qaldıracaqdır. Hal-hazırda nəqliyyat yanacağı qismində metanola və ya spirt qatışıqlarına şərait o səbəbdən yoxdur ki, müasir nəqliyyat vasitələri onlara tam şəkildə uyğunlaşdırılmayıb. Əgər istehsalat xərclərini azacıq qaldırmaqla daha çox sayda avtomobil müxtəlif növlərdə yanacaqla işləmək qabiliyyətinə malik olarsa, ölkə daxilində istehsal olunan alternativ yanacaq bazarı genişlənəcəkdir.

"Neftin Duza Çevrilməsi" adlı möhtəşəm kitabın müəllifləri Ənn Korin və Gel Lüft neftin bugünkü vəziyyətini yüz illər öncəki duzun vəziyyəti ilə müqayisə edirlər. Vaxtilə duz qidanın konservləşdirilməsində monopoliyanı qoruyub saxlamış və beləliklə, vacib strateji məhsula çevrilmişdi. Duz mədənlərinə malik olan ölkələr öz duzlarını ixrac etməklə zənginləşirdilər, duza çıxış əldə etməkdən ötrü hətta müharibələr də başlayırdı. Lakin zaman keçdikcə, qida məhsullarının konservləşdirilməsində duzun monopoliyası dondurma texnologiyası ilə aktuallığını itirdikdən sonra duz strateji məhsuldan adi bir məhsula çevrildi. Açıq Yanacaq Standartının məqsədi də elə budur - Rapye bildirir: nəqliyyat sistemində neftin monopoliyasını aradan qaldırmaq və onu indiki strateji məhsul statusundan məhrum edərək adi məhsula çevirmək.

Müəllif haqqında: Robert Rapye bərpaolunan enerji mənbələri ilə məşğul olan "Merica International" şirkətinin Baş texnoloqudur. Onun bütün karyerası energetika problemlərinə həsr olunmuşdur. Rapye sellüloz etanol, butanol istehsalı, neft emalı, təbii qaz istehsalı və qazın durulaşdırılması məsələləri üzərində işləmişdir. Eyni zamanda o, "Energetik oyunlar" kitabının müəllifidir.

Xəbər lenti

Xəbər lenti