...

"Nar Mobile" Beynəlxalq Qida Sənayesi Sərgisinin kommuunikasiya tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 15:41 (UTC +04:00)
"Nar Mobile" "ITECA Caspain" şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək göstərib.
"Nar Mobile" Beynəlxalq Qida Sənayesi Sərgisinin kommuunikasiya tərəfdaşıdır

Azərbaycan, Bakı, 15 may /Trend/

"Nar Mobile" "ITECA Caspain" şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək göstərib.

Trend-in məlumatına görə, sərgi mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu il Qida Sənayesi Sərgisində dünyanın 24 ölkəsindən, o cümlədən Azərbaycan, Almaniya, Qazaxıstan, Litva, Türkiyə və digər ölkələrdən 120 şirkət iştirak edəcək. Sərginin ekspozisiyasını ət və quş əti, konservləşdirilmiş məhsullar, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, qida sənayesinin müxtəlif istiqamətləri, laboratoriya analizi üçün avadanlıqlar və s. təşkil edib.

"Nar Mobile" "ITECA Caspian" ilə tərəfdaşlıq razılaşmasına uyğun olaraq, artıq bir neçə ildir ki, davamlı olaraq "ITECA Caspian" şirkəti tərəfindən təşkil olunan bütün sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir. Bu günlərdə də şirkətimiz növbəti dəfə Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinə dəstək olub. Biz hər zaman ölkəmiz üçün əhəmiyyət kəsb edən tədbirlərin uğurlu keçməsi üçün səylərimizi əsirgəmirik", - "Azerfon" şirkətinin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, "ITECA Caspian" Xəzər regionunda mühüm sərgi və konfransların təşkilatçısı olan ən nüfuzlu qurumdur. Sərgilər neft və qaz, tikinti, telekommunikasiya və informasiya texnologiyaları, mühafizə və təhlükəsizlik, qida sənayesi, mehmanxana sənayesi və digər mövzuları əhatə edir.

"Nar Mobile" artıq 2 ildən artıqdır ki, davamlı olaraq sərgilərə öz kommunikasiya dəstəyini göstərir.

"Nar Mobile" brendi ilə tanınan "Azerfon" telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. "Azerfon" şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80 faizini əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti