...

"FINCA Azerbaijan" yeni kredit məhsulunu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Mayın 14-dən etibarən "FINCA Azerbaijan"ın müştəriləri yeni fərdi kənd krediti məhsulundan faydalana biləcəklər. Trend-in məlumatına görə, bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yeni kredit məhsulunu "FINCA Azerbaijan"ın bir çox bölgələrdə fəaliyyət göstərən 60-dan artıq ofis şəbəkəsində əldə etmək mümkün olacaq. Kredit 100 AZN/$ 100 - 2000 AZN/$2,500 məbləğində, 6 aydan 18 aya qədər müddətə, minimal sənədlərlə 3-5 gün ərzində verilir. Fərdi kənd krediti məhsulu kənd ərazilərində məskunlaşmış ticarət, xidmət, istehsal və əsasən təsərrüfatla məşğul olan sahibkarlara uyğundur.

Qeyd edək ki, göstərdiyi xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılması üçün "FINCA Azerbaijan" cari ilin fevral ayından kredit məhsullarının faiz dərəcələrini aşağı salıb. Kredit məhsulundan asılı olaraq endirimlər illik 3%-dən 6,6%-ə qədər olub.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 subfilialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti