...

Maliyyə Nazirliyi Azərbaycan dövlət büdcəsinin gəlirlər səviyyəsini optimal hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Axundov/

Azərbaycan dövlət büdcəsinin gəlirlərinin cari səviyyəsi optimaldır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

"Ötən il dövlət büdcəsinin gəlirləri ÜDM-in 30,8 faiz səviyyəsində olub. Bu, optimal göstəricidir, ona görə də bu payı artırmağın elə bir mənası yoxdur", - Bayramov deyib.

Onun sözlərinə görə, bu gün qarşıda duran vəzifə Dövlət Neft Fondundan transfertlərin gələcəkdə azalması nəzər alınmaqla gəlirlərin balanslaşdırılmasıdır.

"Biz qeyri-neft gəlirləri hesabına büdcənin cari xərclərinin yerini doldurmağa çalışacağıq", - Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti