...

"Bank of Baku" Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend/

Qarşıdan gələn 28 May - Respublika Günü və "Eurovision" həftəsi ilə əlaqədar "Bank of Baku" Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, mayın 19-dan mayın 28-dək pul çıxaran kart sahibləri iyul ayının 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komisyon haqqı 2,5%-dir.

Bolkart - tamamilə pulsuz, limiti bərpaolunan bir kredit kartıdır. Bolkartdan "Bank of Baku" ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək mümkündür. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də Bank of Baku-nun istənilən filialına baş çəkməklə sifariş etmək olar. Bu gün artıq 16 mindən çox vətəndaş Bolkartın üstünlüklərindən faydalanır.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Xəbər lenti

Xəbər lenti