Uzun illərdən bəri süfrələrimizdə keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.
Buna görə də "Azərduz" layihə qrupu tərəfindən maarifləndirmə aksiyasına start verilmişdir. Bir çox müəssisələrdə keçirilən bu aksiyanın əsas məqsədi məsələ ilə bağlı insanları məlumatlandırmaqdır.
Buna görə də aksiya çərçivəsində "Azərsun Holdinq" həkimlərin, KİV nümayəndələrinin eləcə də tələbələrin zavoda ekskursiyasını təşkil edir.
Beləliklə tələbələr, KİV nümayəndələri və həkimlərdən ibarət növbəti heyət Masazır duz zavoduna ekskursiya etdilər.
Müəssisədə istehsal olunan "Azərduz" və "Bizim Duz" markasının istehsal prosesini əyani şəkildə müşahidə etdilər.
Qeyd edək ki, holdinqə məxsus Masazır duz zavodunun istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etmək və yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırılmasıdır. "Azərduz" və "Bizimduz" markası yüksək keyfiyəti ilə bir çox ölkələrə ixrac olunmaqdadır.