...

İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 15000-dən çox müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2012 14:21 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə may ayı ərzində 400-dən çox müraciət daxil olub.
İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 15000-dən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə may ayı ərzində 400-dən çox müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, müraciətlər, əsasən, güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, Mərkəzə fəaliyyətə başladığı 1 sentyabr 2009-cu il tarixindən indiyədək 15000-dən çox müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, şikayət xarakterli müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb.

Xəbər lenti

Xəbər lenti