...

"Unibank" müştərilərə xidmət vaxtını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 13:15 (UTC +04:00)
Bu həftənin əvvəlindən "Unibank" həm baş ofisində, həm də bütün filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi vaxtını artırıb.
"Unibank" müştərilərə xidmət vaxtını artırır

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu həftənin əvvəlindən "Unibank" həm baş ofisində, həm də bütün filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi vaxtını artırıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, artıq həftənin adi iş günləri ərzində müştərilər banka bütün növ əməliyyat növləri üzrə nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək müraciət edə bilərlər.

Bu saatlarda onlara bank xidmətlərinin bütün spektri, o cümlədən, kredit sifarişlərinin qəbulu, kreditlərin ayrılması, cari kredit öhdəliklərin ödənilməsi, depozit hesablarının açılması və bu hesablarda vəsaitlərin artırılması, əmanətlər üzrə faizlərin ödənilməsi, cari hesabların açılması və onlar üzrə müxtəlif əməliyyatların aparılması, pul köçürmələri, plastik kartların sifarişi və alınması, valyutadəyişmə əməliyyatları, kommunal və digər növ ödənişlər təklif olunur.

Əməliyyat rejiminin genişləndirilməsi bərabər sürətdə fərdi və korporativ müştərilərlə şamil olunur.

Qeyd edək ki, şənbə günləri bankın əksər paytaxt filiallarında və digər bölgələrdə yerləşən demək olar ki bütün xidmət nöqtələrində əməliyyat rejimi saat 15:00-dan 15:30-dək artırılıb. Bundan başqa, yeni iş rejiminin tətbiqi sahəsində şənbə günləri kredit sifarişlərin qəbulu ilə bərabər kredit vəsaitlərin alınması da mümkün olub.

Xatırladaq ki, Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəmkir, Mingəçevir, Quba, Lənkəran və Şəkidə yerləşən 26 filial və şöbə vasitəsilə "Unibank" 300 mindən artıq fərdi və korporativ müştərilərə xidmət göstərir. "Unibank"ın xidmətləri, filial şəbəkəsi və iş rejimi barədə əlavə məlumatı 117 nömrəli telefon vasitəsilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti