...

Kabardin-Balkar Azərbaycandan turist axınının artmasında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2012 15:48 (UTC +04:00)
Kabardin-Balkar Azərbaycan turistlərinin Rusiyanın bu bölgəsindəki sanatoriya və kurortlara cəlb edilməsində maraqlıdır.
Kabardin-Balkar Azərbaycandan turist axınının artmasında maraqlıdır

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Ə.Həsənov/

Kabardin-Balkar Azərbaycan turistlərinin Rusiyanın bu bölgəsindəki sanatoriya və kurortlara cəlb edilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda Azərbaycan-Rusiya forumunda iştirak edən Kabardin-Balkar Respublikası Baş nazirinin müavini Kazim Uyanayev bildirib.

"Sovet dövründə Kabardin-Balkarda istirahət edənlərin 30 faizi Azərbaycandan gələnlər idi ki, onların sayı 30 min nəfərə yaxın olub. Hazırda onların sayı azdır və biz turistlərin axınını bərpa etmək istəyirik", - Uyanayev deyib.

Onun sözlərinə görə, səfərin məqsədi, həmçinin bir sıra sənaye müəssisələri, yüksək texnologiyalar, kənd təsərrüfatı obyektləri, emal sənayesi, sənaye parkları və s. ilə tanışlıqdır.

Kabardin-Balkarı biznes forumda turizm, nəqliyyat və ekologiya nazirləri, habelə kabel zavodu, rentgen avadanlığı istehsalı zavodu, telemexanika sahəsi və digər sektorların nümayəndələri təmsil ediblər.

Xəbər lenti

Xəbər lenti