...

Bolqarıstan və Azərbaycan turizm sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 16:54 (UTC +04:00)
Bolqarıstan və Azərbaycan turistlərin cəlb olunması, tələbələrin, hotel və restoranlarda çalışan işçilərin təlimi sahəsində təcrübə mübadiləsi ilə bağlı birgə lahiyələr həyata keçirmək niyyətindədir.
Bolqarıstan və Azərbaycan turizm sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir E.Mehdiyev/

Bolqarıstan və Azərbaycan turistlərin cəlb olunması, tələbələrin, hotel və restoranlarda çalışan işçilərin təlimi sahəsində təcrübə mübadiləsi ilə bağlı birgə lahiyələr həyata keçirmək niyyətindədir. Trend-in məlumatına görə, bu fikir Bolqarstanın iqtisadiyyat, enerji və turizm naziri Delyan Dobrev və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev arasında keçirilən görüşdən sonra səsləndirilib.

"Bolqarıstan kurortlarının imkanları ilə tanış olmaq məqsədilə bu ilin sonuna qədər biz Azərbaycanın bir qrup turizm operatorlarının və media nümayəndələrinin Bolqarıstana səfərini təşkil etmək niyyətindəyik", - Dobrev deyib.

O bildirib ki, Azərbaycan ekspertlərinin bolqarıstanlı həmkarları ilə təcrübə mübadiləsi aparması, əlaqələri gücləndirilməsi müsbət nəticələrini verə bilər.

Dobrev əlavə edib ki, Bolqarıstan turizm haqqında qanunvericilik sahəsində də Azərbaycanla təcrübə mübadiləsi aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti