...

Yarım il ərzində Vergilər Nazirliyinin telefon xidmətinə müraciətlərin sayı 142 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2012 14:23 (UTC +04:00)
2012-ci ilin I yarısında Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 142 573 müraciət daxil olub.
Yarım il ərzində Vergilər Nazirliyinin telefon xidmətinə müraciətlərin sayı 142 mini ötüb

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin I yarısında Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 142 573 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Vergilər Nazirliyinin məlumatında deyilir.

"O cümlədən müfəttiş-operatorlar tərəfindən canlı rejimdə 73 571, avtomatik rejimdə elektron operator tərəfindən 69 002 müraciət cavablandırılıb, mesaj xidməti vasitəsilə 240 346 halda vergi ödəyiciləri məlumatlandırılıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2 faiz, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb" , - məlumatda qeyd edilir.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,9 faiz), hesabatlar və onların doldurulma qaydaları (16,5 faiz), vergi növləri (14,3 faiz, qeydiyyat (14,6 faiz), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4 faiz), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6 faiz) barədə məlumat əldə etmək istəyiblər.

Vergi ödəyicilərindən daxil olan sualların 98,8 faizinə müfəttiş-operatorlar dərhal, 1,2 faizinə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Daxil olmuş müraciətlərin 86,9 faizi 30 saniyə ərzində cavablandırılmaya qəbul edilib və orta hesabla birbaşa cavablandırılan 1 müraciət 3 dəqiqə 44 saniyə ərzində cavablandırılıb.

Müfəttiş-operatorlarla ilk telefon əlaqəsində sualların tam cavablandırılması səviyyəsi 90,3 faiz, müraciət edənlərin razı qalma səviyyəsi isə 98,6 faiz təşkil edib. Sualların 84,7 faizi Bakı şəhərindən, 11,1 faizi mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Xəbər lenti

Xəbər lenti