...

Sel və daşqınlar Azərbaycanda su təchizatında problemlər yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2012 13:55 (UTC +04:00)
Çərşənbə günü Hacıqabul şəhərinin (Bakıdan 118 kilometr məsafədə yerləşir), eləcə də Bakının Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilıməsində fasilələr müşahidə olunacaq.
Sel və daşqınlar Azərbaycanda su təchizatında problemlər yaradıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Çərşənbə günü Hacıqabul şəhərinin (Bakıdan 118 kilometr məsafədə yerləşir), eləcə də Bakının Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilıməsində fasilələr müşahidə olunacaq. Trend-in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin məlumatda deyilir.

"Son günlər dağ çaylarındakı sellər və daşqınlarla bağlı Kürdə bulanıqlıq səviyyəsi normanı bir neçə dəfə üstələyib. Bu gün Kür çayında suyun bulanıqlığının səviyyəsi bir litrdə 50000 mq/litr səviyyəsindədir. Halbuki suyun emalı üçün yolverilən bulanıqlıq həddi 2000 mq/litr-dir. Çərşənbə günü Kür Sutəmizləyici Qurğular Kompleksi fasilələrlə işləyəcək. Bununla əlaqədar bu gün Hacıqabul şəhərinə və bu rayonunun kəndlərinə, eləcə də Bakının Qaradağ rayonunun qəsəbələrinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti