Azərbaycan, Bakı, 13 iyul /Trend/
İyulun 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan bankı "Kapital Bank" ASC-nin 10 milyon manat həcmində buraxılan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə cümə günü BFB-nin yaydığı məlumatda deyilir.
Emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 1 milyon səhm buraxılıb. "Kapital Bank"ın səhmlərinin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.
"Bank səhmlərinin Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - məlumatda deyilir.
Hazırda bankın nizamnamə kapitalı 40 milyon manat təşkil edir.