...

Azərbaycan Avrasiya Gömrük İttifaqına daxil olmaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2012 15:28 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Avrasiya İqtisadi Komissiyasının gömrük əməkdaşlığı naziri Vladimir Qoşin ilə görüşdə bildirib ki, Azərbaycan Avrasiya Gömrük İttifaqına daxil olmaq niyyətində deyil.
Azərbaycan Avrasiya Gömrük İttifaqına daxil olmaq niyyətində deyil

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Avrasiya İqtisadi Komissiyasının gömrük əməkdaşlığı naziri Vladimir Qoşin ilə görüşdə bildirib ki, Azərbaycan Avrasiya Gömrük İttifaqına daxil olmaq niyyətində deyil.

Görüş iyunun sonu - iyulun əvvəllərində Brüsseldə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) mənzil qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 119/120-ci sessiyaları və Qlobal Aksiz Sammiti çərçivəsində baş tutub. Trend-in məlumatına görə, bu barədə şənbə günü DGK-nın yaydığı məlumatda deyilir.

"Qoşin Azərbaycan nümayəndə heyətinə gömrük ittifaqı və müvafiq qanunvericilik barədə məlumat verib. Azərbaycan tərəfi görüşdə bu təşkilata daxil olmamaq və ölkədə yeni Gömrük Məcəlləsinin tətbiqi barədə qərarını açıqlayıb", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti