...

“Bank Standard” nağdsız hesablaşmalar üzrə aksiyanın III mərhələsinə yekun vuracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 12:55 (UTC +04:00)
İyulun 17-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının III mərhələsinin uduş fondunun lotereyası keçiriləcək.
“Bank Standard” nağdsız hesablaşmalar üzrə aksiyanın III  mərhələsinə yekun vuracaq

Azərbaycan, Bakı, 16 iyul /Trend/

İyulun 17-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının III mərhələsinin uduş fondunun lotereyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Xatırladaq ki, ötən ilin 16 oktyabr və 2012-ci ilin 30 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Aksiyanın növbəti IV mərhələsində 10 ədəd MacBook Air noutbuku oynanılacaq.

Aksiya müddəti ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), "Mobile Banking" xidməti vasitəsilə, habelə İnternetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, USD, GBP, EUR) müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti