...

Azərbaycanda güzəştli maliyyələşdirmənin yarısından çoxu kənd təsərrüfatına yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 13:03 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin birinci yarısında 109,98 milyon manat məbləğində 1235 layihənin maliyyələşdirilməsini həyata keçirib.
Azərbaycanda güzəştli maliyyələşdirmənin yarısından çoxu kənd təsərrüfatına yönəldilib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ilin birinci yarısında 109,98 milyon manat məbləğində 1235 layihənin maliyyələşdirilməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə Fondun çərşənbə günü rəsmi mətbuatda dərc etdirdiyi balans hesabatında deyilir.

Məlumata görə, SKMF-nin güzəştli kreditləri hesabına reallaşdırılan həmin layihələr 4561 yeni iş yerinin açılmasına kömək edir.

2012-ci ilin yanvar-iyun ayalrı ərzində SKMF sənaye məhsullarının istehsalı və emalının müxtəlif sahələrində 74 layihə maliyyələşdirib. Həmin layihələrin ümumi dəyəri 23,29 milyon manatdır. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində 8 layihənin reallaşdırılmasına 12,5 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1141 layihəyə 59,53 milyon manat, xidmət sahələrinin inkişafı üzrə 12 layihəyə 13,44 milyon manat ayrılıb.

Hesabat dövründə Fond 14,5 milyon manat (verilən kreditlərin ümumi portfelinin 13,2 faizi) məbləğində 1188 kiçik kredit (kreditlərin ümumi sayının 96,2 faizi) verib. Hesabat dövründə 2,4 milyon manat (2,2 faiz) məbləğində 12 orta və 93 milyon manat (84,6 faiz) məbləğində 35 (2,8 faiz) iri kredit verilib.

2012-ci ildə Fond 200 milyon manat məbləğində kredit verməyi planlaşdırır ki, bunun 110 milyon manatı kreditlərin qaytarılması hesabına təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti