Azərbaycan, Bakı, 20 iyul /Trend/
"Bank of Baku"nun cəmi bir neçə ay öncə təsis edilən "Dostlar klubu"na qısa müddət ərzində artıq 10 000 şəxs qoşulub. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatında deyilir.
"Dostlar klubu"nun 10 000-ci üzvü qismində isə Bakı şəhər sakini Səadət Məmmədova müəyyən edilib. Klubun Qızıl kart sahibi olan Səadət Məmmədova bu günə kimi altı dəfə "Bank of Baku"da kredit rəsmiləşdirib. Təhsil sahəsində çalışan Səadət xanım "Bank of Baku"nun digər bir populyar plastik kartı olan Bolkartın da sahibidir. "Dostlar klubu"nun 10 000-ci üzvü olması münasibətilə bank Səadət Məmmədovaya öz hədiyyəsini də təqdim etdi. Müştərinin Qızıl kartına yüklənmiş 1000 manat mələğində bonus ona bundan sonra bankda yeni kreditlər rəsmiləşdirərkən göstərilən məbləğdə komissiya haqqından azad olmağa imkan verir. Müştəriyə habelə korporativ hədiyyə də təqdim edilib.
"Bank of Baku" həqiqətən də sevincimə sevinc qatdı. Mənin bu gün ad günümdür və bu gün mən sizdən belə bir imtiyaz alıram. İndi Bank of Baku-nun mənə verdiyi bu imkanlardan istifadə edib bəzi alış-veriş etmək niyyətindəyəm. İlk fikrim zinnət əşyaları almaqdır.Son dərəcədə məmnunam. Bundan yaxşısı ola bilməzdi!", - Səadət Məmmədova deyib. Hazırda Qızıl kart sahibi olan Səadət Məmmədova cəmi bir neçə aydan sonra Brilyant karta yiyələnəcək və bu, ona daha çox üstünlük verəcək.
Xatırladaq ki, "Bank of Baku"nun "Dostlar klubu" çərçivəsində uzun müddətli müştərilərə müxtəlif kateqoriyalı imtiyazlı kartlar verilir. Bu kartlar "Bank of Baku" ilə istehlak kreditləri sahəsində əməkdaşlıq müddəti 12 ay və daha artıq dövrü əhatə edən, habelə müsbət kredit tarixçəsinə malik müştərilərə şamil olunur.
Dövriyyəyə buraxılmış üç kateqoriyalı kart sayəsində müştərilər bir sıra nadir imtiyazlara yiyələnirlər. Belə ki, "Bank of Baku" ilə əməkdaşlıq müddəti 12 aydan 35 aya qədər dövrü əhatə edən müsbət tarixçəli müştəriyə - Gümüş, 36-59 ay arası - Qızıl, 60 aydan artıq müddətli müştəriyə isə Brilyant kart verilir.
Proqramın əsas şərtlərindən birinə əsasən, kart sahiblərinə hər kredit ödənişindən ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə, gələcəkdə isə bir sıra digər Bank məhsul və xidmətlərinin komissyon haqqının ödənilməsinə sərf ediləcək. Beləliklə, həmin müştəri yenidən Bank məhsul və xidmətlərindən yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyəcək. Toplanan bonus məbləğinin miqdarı isə aşağıdakı kimidir : Gümüş kartın sahibinə hər ödəniş məbləğinin ( əsas məbləğ və faizlər daxil olmaqla) - 0,5 %-i, Qızıl kartın sahibinə - 1 %-i, Brilliant kartının sahibinə isə düz 2 %-i. Kart sahibləri həmçinin arayışsız və sərfəli faiz dərəcələri ilə 5000 AZN-dək kredit götürmək imkanı əldə edir. Kartın sahibi habelə hər-hansı təcili vəziyyət üçün 150 manat miqdarında ödədikcə yenilənən ekspress kredit xəttinə malik olacaq.
"Dostlar klubu" ilə daha ətraflı tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.bankofbaku.com və ya http://www.facebook.com/Dostlarklubu ünvanlarına baş çəkmək kifayətdir.